Texnologiyalar

    Kritik Təmiz Sahə və Bioloji Güvənlik Çözümləri

    Metisafe – toz hissəciklərinin təsir edə biləcəyi, kritik önəmə sahib təmiz hava sahəsinin yaradılması, həmçinin,  bioloji və toksiki təhlükə daşıyan çalışmalar zamanı biogüvənliyi təmin edəcək cihaz və sistemlərin tətbiqi baxımından peşəkar bir qurumdur. Yüksək peşəkarlığa malik mexanika mühəndisləri və mikrobioloqları, davamlı olaraq qoyduğu RD (araşdırma və inkişaf) investisiyaları, 100-dən çox işlək avadanlığı sayəsində, Metisafe, hava biogüvənliyi sektorunda texnoloji inkişaf liderlərindən biridir.

   Metisafe avadanlıqları və sistemləri, daimi xidmət və baxım şərtlərinə riayət edildikdə, hava biogüvənliyini təmin etmək qabiliyyətini saxlamaqla yanaşı, aşağı səs və enerjiyə qənaət rejimində çalışır.

   Hava kirliliyinin gedərək artdığı, müxtəlif infeksiayaların vüsət aldığı bu dönəmdə, Metisafe şirkətinin, yüksək texnologiyalara əsaslanaraq ürətdiyi cihaz və sistemlərinin tətbiqi çox aktualdır və onların köməyi ilə, müxtəlif sektorlarda baş verə biləcək problemlərin, praktik və ekonomik çözüm yollarını tapmaq mümkündür.

HEPA (High-efficiency particulate air) filtrlər
– Yüksək Effektivli Hava Hissəcikləri filtrləridir.

HEPA

HEPA standartına uyğun filtrlər, müəyyən effektivlik səviyyəsinə malik olmalıdırlar. Adi standartların tələbinə görə, HEPA hava filtrləri, diametri 0,3mkm-ya bərabər hissəciklərin (filtrasiya effektivliyinin artırılması zamanı isə 0,3mkm-dan kiçik və böyük hissəciklərin) ən azından, 99,95%-ini (Avropa standartı - EN) və ya 99,97%-ini (ABŞ satndartı - ASME, US DOE) zərəsizləşdirməlidir.

HEPA 1950-ci illərdə komersiyalaşdırılmış və əvvəllər əmtəə nişanı kimi işlədilən bu ifadə, sonradan yüksək keyfiyyətli filtrlər üçün ümumi terminə çevrilmişdir.
HEPA filtrlər disklərin, tibbi cihazların, yarımkeçiricilərin istehsalı, qida sektoru və əczaçılıq sənayesi kimi çirklənməyə nəzarət tələb olunan sahələrdə, laboratoriyalarda və ümumi xəstəxanalarda, evlərdə, nəqliyyat vasitələrində istifadə edilir.

HEPA 2

HEPA filtr pərakəndə yerləşən liflər topasından ibarətdir. Liflər, adətən, 0,5-2mkm diametr ölçülü fiberglas (şüşəli liflər) materialından olur. Onun funksiyasına təsir göstərən əsas amillər lif diametri, filtr qalınlığı və səthindəki hava axını sürətidir. HEPA filtr lifləri arasındakı hava sahəsi adətən 0,3 mkm-dən çox olur. HEPA filtrin, böyük məsamədən kiçik hissəciklərin keçə biləcəyi bir ələk kimi işlədiyi barədə fərziyyə yanlışdır. Eyni ölçülü məsamələrə malik membran filtrlərindən fərqli olaraq, burada hissəciklər, özündən daha böyük məsamələrdən və liflər arası məsafədən keçə bilmir. Belə ki, HEPA filtrlər daha kiçik çirkləndirici və hissəcikləri
hədəf almaq üçün hazırlanmışlar. Bu hissəciklər aşağıdakı üç mexanizm əsasında, lifə yapışıraq ilişirlər:

Diffuziya -- gücləndirici mexanizm zamanı, əsasən ölçüsü 0,1mkm-dan kiçik olan hissəciklər, qaz malekulları ilə toqquşur və filtrdən keçən yollarında ilişirlər. Bu davranış Brown hərəkətinə bənzəyir və bir hissəciyin yaxalanma və ya zərbə vurularaq dayandırılması ehtimalını artırır. Aşağı hava axını zamanı bu mexanizm üstünlük təşkil edir.

Tutulma. Bir hava axın xətti ilə hərəkət edən hissəciklər, eyni lif radiusuna düşür və ona yapışıb, qalırlar.

Toqquşma. Daha böyük hissəciklər hava axınının əyri konturlarında liflərdən yayına bilmir və birbaşa onlardan birinə yapışır. Bu effekt, lif ayrımlarının kiçilməsi və hava axını sürətinin artması fonunda daha da güclənir.

HEPA 3

Filtrasiya zamanı diffuziya mexanizmində diametri 0.1 mkm kiçik olan hissəciklərdə üstünlük təşkil edir. Hissəciklərin ölçüləri 0.4 mkm çox olduqda isə toqquşma və tutlma mexanizmi ilə gedir. Ölçüləri 0.2 və 0.3 mkm olan hissəciklər o qədər də effektli filtrasiya olunmurlar və onlar Most Peneitrating Particle Size (MPPS) adlanır.Filtrlərin klassifikasiyası MPPS-yə görə aparılır.

Aşağıda Epa,Hepa və Ulpa filtirlərin klassifikasiyası verilmişdir.

Qruplar Hepa filtrlərin sinifləri İntqeral dəyər % Lokal dəyər %
EPA

 E 10  ≥ 85  ≤ 15  =  =
 E 11  ≥ 95  ≤ 5  =  =
 E 12  ≥ 99.5  ≤ 0.5  =  =
HEPA  H13  ≥ 99.95  ≤ 0.05  ≥ 99.75  ≤ 0.25
 H 14  ≥ 99.995  ≤ 0.005  ≥ 99.975  ≤ 0.025
ULPA  U 15  ≥ 99.9995  ≤ 0.0005  ≥ 99.9975  ≤ 0.0025
 U 16  ≥ 99.99995  ≤ 0.00005  ≥ 99.99975  ≤ 0.00025
 U 17  ≥ 99.999995  ≤ 0.000005  ≥ 99.9999  ≤ 0.0001

  

Qazların filtrasiyası

Hepa filtirlər çox kiçik hissəcilərin effektli tutulması üçün istifadə edilir, ancaq onlar qaz və iy molekullarını filtrasiya etmir. Uçucu üzvi birləşmələrini, kimyəvi maddələrin buxarlarını, siqaret iyini, ev heyvanlarının iyini və başqa iyləri filtrasiyasi üçün aktivləşmiş kömür ilə olan filtirlərdən və ya başqa Hepa filtirlərdən istifadə edilir. Parça karbon filtirləri qranulə edilmiş aktiv karbon filtirlərindən qazşəkilli cirkləndirici maddələri daha yaxsi filtrasiya edir. Yüksək effektli qaz adsorbsiyalı filterlər (HEGA) ingilis alimləri tərəfindən ilk dəfə olaraq kimyəvi silahlardan qorunmaq üçün ixtira olunmuşdur.

Ön filtrasiya və HEPA filtr.
HEPA filtrin istismar müddətini artırmaq üçün adətən onu ön filtr ilə birlikdə (aktivləşmiş kömür ilə olan) istifadə edirlər. Bu zaman filtrasiyanın ilkin mərhələsində havada olan toz, hissəciklər və partikulların böyuk hissəsi ön filtr tərəfindən saxlanılır.Yüksək effektli HEPA filtr isə ön filtrdən keçmiş daha kiçik hissəcikləri neytrallaşdırır.

Marketinq.
Bəzi şirkətlər istehsal etdiyi filtrlərə ,,həqiqi və ya əsil HEPA,, adı vərməklə istehlkçılara aldığı filtrin HEPA standartı olmasına inandırmağa çalışır, halbuki, bu terminin nə hüquqi nə də elmi əhəmiyyəti var. HEPA kimi, HAPA-ya bənzər, 99% HEPA adları altında satılan filtrlər HEPA sandartlarına uyğun gəlmir və mustəqil laboratoiryalar tərəfindən sınnamaya bilər.

Təhlükəsizlik.
HEPA filtrasiya mexaniki filtrasiya metoduna aiddir,bundan başqa ion və ozon filtrasiyası da vardır ki, bu filtrasiya növündə əks yüklü ionlardan və qazşəkilli ozondan istifadə edilir. Buna görə də HEPA filtrasiya zamanı ağ ciyərlər tərəfindən əmələ gələ bilıcək astma, allergik reaksiyalar, və digər yan təsirlər olmur. HEPA filtrlətin səmərəli işləməsi üçün kommersiya şəraitandə hər 6 aydan bir dəfə, yaşayış səraitində isə hər 2 ildən bir dəfə yoxlanılıb, dəyişdirilməlidir.(ön filtrlər olduğu hallarda)

Tibbi –bioloji.
HEPA filtrlər hava damcı yolu ilə keçən virus,bakteriya və infeksiyalrın yayılmasının qarşısını almaq üçün həlledici rol oynayır.Tibbi filtrasiya sisiteminə HEPA filtrlərdən başqa ultrabənövşəyi şüalanma, filtrlər ilə tutulmuş mikrobları zərəsişləşdirmək üçün antimikrob örtüklü panellər daxildir. HEPA filtrlərin bəziləri 99.995% effekliyinə malikdirlər ki, bu da hava damcı yolu ilə keşən xəstəliklərin qarşısını yüksək səviiyədə alir.