“MediSafe” MMC -- 2015-ci ildən Azərbaycanın tibb sektorunda fəaliyyət göstərir. Fəaliyyət sahəsinə tibbi avadanlıqlar, təmiz otaq və biogüvənlik sistemlərinin satışı, quraşdırılması, həmçinin, layihələndirmə işləri daxildir.

İndiyədək bir neçə tibb müəssisəsində və laboratoriyada gigiyenik havalandırma, təmiz otaq (cleanroom) və biogüvənlik sisteminin layihələndirilməsini və qurulmasını həyata keçirən MediSafe, ölkəmizdə bu işi görə biləcək yeganə şirkətdir.

Gigiyenik havalandırma sistemlərinin tətbiqi, tibbdən başqa, qida sektorunda, dərman sənayesində və yüksək həssaslığa malik elektron cihazların istehsalı zamanı çox vacibdir. Adı çəkilən sahələrdə, təmiz hava və biogüvənlik sistemlərinin olmaması və ya qeyri-peşəkar qurulması, görülən işin, nəinki keyfiyyətinə təsir edər, hətta bu fəaliyyətin iflic olmasına gətirib çıxarar.

Tibb müəssisələrində, biogüvənliyi təmin edəcək, gigiyenik havalandırmanın düzgün çəkilməməsi:

  • xəstəxanadaxili infeksiyaların yayılmasına;
  • reanimasiya bokslarında immuniteti zəif xəstələrin hər hansı infeksiyaya tutulmasına və ya infeksion xəstənin kimlərisə yoluxdurmasına;
  • laboratoriyada nümunələrin kantominasiyasına və bununla əlaqədar, yanlış sonucların alınmasına, həmçinin, laborantın yoluxmasına, ətraf mühitə zərər verilməsinə;
  • əməliyyatxanada, cərrahin peşəkarlığından asılı olmayaraq, xəstədə əlavə iltihabi proseslərin baş verməsinə və s. bu kimi fəsadların meydana gəlməsinə səbəb olur.

Qida sektorunda, dərman sənayesində və elektron cihazların istehsalında da havalandırma sistemlərinin yanlış qurulması, havadakı toz hissəciklərinin yolverilən həddən artıq olması və bakterioloji fonun korlanması ilə nəticələnir. Bu da öz növbəsində, istehsal prosesinə öz dağıdıcı təsirini göstərir, qoyulmuş milyonlarla vəsait hədər gedir.

Butün bu arzuolunmaz hadisələrin baş verməməsi üçün, Azərbaycandakı tibbi xidmət və istehsal müəssisələri “MediSafe” şirkətinin peşəkar dəstəyindən istifadə edə bilərlər. Bu müəssisələrin, təyinatından asılı olaraq, ayrı-ayrı sahələrində təmiz otaq (cleanroom), kritik təmiz sahə, hava duşu olan keçid, neqativ və ya pozitiv basınclı otaqlar, müxtəlif səviyyələrdə biogüvənlik sistemlərinin layihələndirilməsi və quraşdırılmasını MediSafe şirkəti öz üzərinə götürür.

MediSafe, sizin düşməniniz olan toz hissəcikləri ilə mübarizədə ən yaxın silahdaşınızdır!

Müxtəlif virus və bakteriyaların tüğyan etdiyi müasir dövrümüzdə, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq, xəstələrin effektiv izolyasiyasını təmin etmək məqsədilə, “MediSafe” şirkətinin qura biləcəyi: modulyar təmiz otaq (cleanroom), biogüvənlik sistemləri və biogüvənlik kabinləri, mobil HEPA və ULPA filtrasiya cihazları, neqativ və pozitiv basınclı bokslar, karantin otaqları və karantin zalları həyati vacib əhəmiyyətə malikdir.