İstehsalçılar

    "MediSafe" MMC təmiz hava və biogüvənlik sistemlərinə aid avadanlıqların istehsalı və layihələndirilməsi üzrə dünya öncüllərindən biri olan, Türkiyənin Metis Biyoteknoloji ve Dış. Tic.Ltd. Şti.-nin Azərbaycandakı rəsmi distributeridir. Metis - təmiz hava və biogüvənlik sistemləri mütəxəssisidir. İstehsal etdiyi bu sistemlərin bənzərsiz dizayna malik hava filtrasiyası və dinamikası sayəsində hər hansı məkanın havasını toz hissəciklərindən və bu hissəciklərin üzərinə “qonmuş” bakteriyalardan təmizləyir. Məkanın təyinatından asılı olaraq, Metis təmiz hava və biogüvənlik sistemləri, işçini, iş materialını, ətraf mühiti müxtəlif səviyyələrdə qoruma qabiliyyətinə malikdir. Həmçinin, malik olduğu modul dizayn sistemləri, zəhərli maddələrə qarşı yüksək səviyyədə biogüvənliyi təmin edir.

Yüzlərlə xidmət avadanlığına sahib olan Metis Biyoteknoloji ve Dış. Tic.Ltd. Şti., təmiz hava və biogüvənlik sahəsində texnologiya və tərəqqi baxımından bölgə lideridir. Belə ki, bu şirkət, davamlı olaraq, RD (araşdırma və inkişaf) investisiyaları qoyur, mexanika mühəndisləri, mikrobioloqlar yetişdirir.

İstifadəsi asanlaşdırılmış, özəl erqonomik dizaynlı, aşağı səs səviyyəli, yüksək enerji qənaətinə malik avadanlıqları olan “təbiətin dostu” – Metis, yeni standartlara uyğunlaşan bir texnologiya markasıdır.