“MetiSafe” BioGüvənlik Kabinləri.
Ümumi Bioloji Güvənlik Sistemlərinə aid edilən BioGüvənlik Kabinləri əsas 3 funksiyanı yerinə yetirir:
1. İşçi qoruma;
2. Çevrə qoruma;
3. Ürün qoruma.
Yerinə yetirdikləri funksiyalara və Biogüvənlik səviyyələrinə görə isə 3 sinifə bölünürlər: I; II və III sinif.
I sinif BioGüvənlik Kabini – BGK-I
I sinif BioGüvənlik Kabinləri -- işçi və çevrə qoruma funksiyasına malikdir. BGK-I əsasən, uçucu olmayan materialların və ya bioloji riski bilinməyən nümunələrin istifadəsi üçün yararlıdır. Müayinə otağındakı hava, kabinin ön pəncərəsinin aşağı hissəsindən daxil olur və sonra kabinin içində turbulent hava axını olmadan xaotik hərəkət edir. BGK-nin daxilində Neqativ Basınc yarandığından, yəni içəridəki hava təzyiqi otağa nisbətən aşağı olduğundan, buradakı havanın işçiyə təsiri minimuma enir. Bu istiqamətdəki hava axınının yaradılması BGK-ların işçi qoruma funksiyasını təmin edir.
Daxildəki hava yalnız ön filtrdən (F-5) və ana HEPA (H-14) filtrdən keçdikdən sonra kabinin yuxarı hissəsindən otağa xaric olunur və bu cür ikiqat filtrasiyadan keçdiyi üçün ətrafa zərərli hissəciklərin yayılmasını önləyir. Atqı havasının bu səviyyədə təmislənməsi BGK-ların çevrə qoruma funksiyasını təmin edir.
I sinif BGK-da, daxildəki hava axını cihaz tərəfindən tənzimlənmədiyi üçün, nümunənin və ya müayinə materialının sterilliyi tam təmin edilmir. Ona görə də Ürün qoruma funksiyası olmayan bu I sinif BioGüvənlik Kabinləri yüksək aseptik və ya steril analizlərin aparılması üçün uyğun deyildir.
II sinif BioGüvənlik Kabini – BGK-II
II sinif BioGüvənlik Kabiniləri -- işçi, çevrə və ürün qoruma funksiyasına malikdir. I sinif BGK-lardan fərqli olaraq BGK-II siniflərdə kabin daxili hava axını cihaz tərəfindən yönləndirilir. Kabinə ön tərəfdən daxil olan hava kütləsi, işçi masanı kirlətmədən onun dəliklərindən, pərlərin yardımı ilə daxilə sorulur. Bu hava ön və HEPA (və ya ULPA) filtrdən, həmçinin laminatordan keçərək, laminar axın formasında, şaquli istiqamətdə işçi masaya yönləndirilir. İşçi masada laminar hava axını İSO-5 təmizlik səviyyəsi yaradaraq müayinə nümunəsinin kirlənməsini önləyir və cihazın ürün qoruma funksiyasını təmin edir.
Daxildəki havanın sonrakı hərəkətindən asılı olaraq, “MetiSafe” BGK-II sinif cihazlar iki tipə -- A və B tipinə bölünürlər.
BGK-II sinif A tip cihazına daxil olan və filtrasiyadan keçən ümumi hava kütləsinin 70%-i kabin içində resirkulyasiya edilir, qalan 30%-i isə yenidən, çıxış HEPA filtrindən keçməklə kabinin yuxarı hissəsindən otaq daxilinə ötürülür.
“MetiSafe” BGK-II sinif A tip cihazlar özləri də üç seriyaya -- C; E və S seriyasına bölünürlər.
BGK-II sinif A tip C seriyası – bu sinifin ən sadə cihazlarıdır və ancaq yuxarıdakı özəlliklərə sahibdir.
BGK-II sinif A tip E seriyası cihazları CMP (Good Manufactruring Practice) və GLP (Good Laboratory Practice) akkretidasiya tələblərinə cavab verəcək şəkildə istehsal olunmuşdur. Bunun üçün cihazlar özəl örtük səthi ilə, prosesin elektron idarə edilməsi avadanlıqları ilə təchiz edilmişdir. Əczaçılıq Sənayesində, həmçinin, tibb və laboratoriya sektoru üçün bu cihazlar ideal seçimdir.
BGK-II sinif A tip S seriyası cihazları indiyədək istehsal olunan BGK-lardan özəl dizaynına görə fərqlənir. Əsas gövdənin dairəvi konturlarına, sensorlu ön panel şüşəsinə, qara rənglı örtüyə malik bu cihazlar istifadəçinin xüsusi istəklərinə uyğun olaraq emal olunur və sertifikatlaşdırılır.
BGK-II sinif B tip cihazının eyni sinifin A tiplərindən fərqi ondadır ki, buraya daxil olan və filtrasiyadan keçən ümumi hava kütləsinin 100%-i kabin içində resirkulyasiya edilmədən, çıxış HEPA filtrindən də keçməklə kabinin yuxarısına birləşdirilmiş boru vasitəsilə, otaq divarından bina xaricinə açılmış dəlikdən bayıra atılır. Kabindaxili hava axınının dinamikliyi pozulmadığı üçün “ölü zonalar” qalmır. Bu özəlliyinə görə BGK-II B tip cihazı, sitotoksik müayinələrin aparılması üçün də yararlı olur.
III sinif BioGüvənlik Kabini – BGK-III
III sinif BioGüvənlik Kabinilərinə təzə hava cihazın yuxarısından daxil olur, filtrasiyadan keçib, İSO-5 təmizlik səviyyəsində işçi masaya yönləndirilir və kabin daxilində resirkulyasiya edilmədən, HEPA filtrdən keçməklə 100% həzmi binadan xaricə atılır. Əlavə olaraq, III səviyyəli biogüvənliyi təmin etmək üçün, nümunələrin işçi masaya ötürülməsi, cihazın sağ tərəfinə birləşdirilmiş, xüsusi ötürücü pəncərə qutusu (Pass-Box) vasitəsilə həyata keçirilir. Personal isə kabinin ön pəncərəsindəki dəliklərdən işçi masaya doğru uzanan hermetik rezin əlcəklərlə öz işini görür. Sıfır sizmaya səbəb olan bu tədbirlər sayəsində, BGK-III cihazlarında, işçi, çevrə və ürün qoruma funksiyalarına əməl edilməklə yanaşı, təhlükə səviyyəsi 3 / 4 olan virus və bakteriyalar və müxtəlif zəhərli maddə tərkibli riskli nümunələrlə işləməyə imkan verir. Belə cihazlar yüksək biogüvənlik tələb edən əməliyyatlar üçün uyğun bir mühit təmin edir.